"Sevgi məktubları"nın imza günü olacaq - FOTO

11:21 | 21.04.2014
"Sevgi məktubları"nın imza günü olacaq - FOTO

"Sevgi məktubları"nın imza günü olacaq - FOTO

Aprelin 26-da, saat 12:00-dan 16:00-dək “Zero” kitab evində şair ElçinMirzəbəylinin “Sevgi məktubları” kitabının imza günü keçiriləcək.Kitabda şairin əsasən son illərdə qələmə aldığı sevgi şeirləri yer alıb. Kitab“cib kitabı” (60x84) formatında, 1000 tirajla çap olunub. Kitabda önsöz əvəzi olaraq, Azərbaycan jurnalistikasının canlı əfsanələrindənbiri, şair-publisist Telli Pənahqızının Elçin Mirzəbəylinin yaradıcılığıhaqqında yazdığı “Bir eşq hücrəsində oxunan dualar” adlı məqaləsindənistifadə olunub. Elçin Mirzəbəyli mətbuata açıqlamasında bildirib ki,Sumqayıtda gənclərlə keçirdiyi görüşdən sonra qərara gəlib ki, yalnızsevgi şeirlərindən ibarət “cib kitabı” hazırlasın: “Mənim “Sevgiməktubları”m sevgilərinə zamanın qalib gələ bilmədiyi insanlaraünvanlanıb. Bu kitabda hər kəs öz əbədi sevgisini və bu sevgisinəünvanladığı, bəlkə də heç zaman ünvanına çatmayan “Sevgi məktubları”nıtapacaq. Bu kitab zamansız eşqlərin həzin pıçıltısıdır”.

ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb