"Sizi bağrıma basıram " – Messi

17:48 | 18.10.2014
"Sizi bağrıma basıram " – Messi

"Sizi bağrıma basıram " – Messi

16 oktyabr "Barselona"nın futbolçusu Lionel Messi üçün əlamətdar gün olub. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, argentinalı hücumçusu "Barselona"da rəsmi debütünün 10 ili tamam olub.Bununla bağlı "Facebook" səhifəsində açıqlama verən Messi 10 ildə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:"Barselona"da möhtəşəm 10 ilim keçdi. Bu illər ərzində mənə dəstək olan ailəmə, komanda yoldaşlarıma və "Barselona" rəhbərliyi başda olmaqla, hamıya təşəkkür edirəm. "Barselona" forması ilə meydanda olduğum hər an mənim üçün mükəmməl keçib. Bundan sonra da komandamla kuboklar qazanmağa çalışacam. Məni təbrik edən hər kəsi bağrıma basıram".Messi "İnstaqram" hesabından isə "Barselona"da uzun müddət oynamaq istədiyini yazıb.Qeyd edək ki, Messi "Barselona"da ilk rəsmi matçına 2004-cü ilin 16 oktyabrında, 17 yaşındaykən “Espanyol”la oyunda çıxıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb