"Terminator" və "Rembo"dan İsrailə dəstək

23:07 | 25.08.2014
"Terminator" və "Rembo"dan İsrailə dəstək

"Terminator" və "Rembo"dan İsrailə dəstək

İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlara daha iki məşhurdan dəstək gəlib.ANS PRESS-in məlumatına görə, Hollivudun iki tanınmış siması - "Terminator" Arnold Şvarsnegger və "Rembo" Silvestr Stalloni iki mindən artıq Qəzza sakinin həyatını itirdiyi əməliyyatlarda İsraili dəstəklədiklərini deyiblər.Bir qrup Hollivud ulduzu tərəfindən imzalanan açıqlamada Həmas-ın cinayət işlədiyi irəli sürülüb və İsrailə Qəzza əməliyyatları ilə bağlı edilən baykotlar qınanılıb.ABŞ-ın qabaqcıl qəzetlərində yer alan məktubda belə deyilir: "Həmasın İsrailin şəhərlərinə raket yağdırması, insanları girov saxlaması qəbuledilməzdir. Xəstəxanalar sağaltmaq üçündür, silah saxlamaq üçün yox, məktəblər öyrətmək üçündür, raket atmaq üçün yox. Uşaqlar ümidimizdir, canlı qalxan yox".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti