Qurban bayramı ərəfəsində kasıb balalarının saçını pulsuz qırxmağa başladı -VİDEO

08:50 | 12.08.2019
Qurban bayramı ərəfəsində kasıb balalarının saçını pulsuz qırxmağa başladı -VİDEO

Qurban bayramı ərəfəsində kasıb balalarının saçını pulsuz qırxmağa başladı -VİDEO

Türkiyənin Diyarbəkir şəhərində bir bərbər Qurban bayramı ərəfəsində yoxsul ailələrin uşaqları üçün dəbli saç düzümlərini pulsuz etməyə qərar verib.

Moderator.az "Haberturk” portalına istinadla xəbər verir ki, xeyirxah bərbər artıq 150 uşağın saçını qırxıb və daha 450-ni də təraş etməyi planlaşdırır.

19 yaşlı Rəsul Yılmaz on ildir yerli bərbər salonlarından birində köməkçi vəzifəsində çalışır. Rəsulun ailəsi maddi sıxıntı keçirdiyindən o, 9 yaşından əlavə pul qazanmağa başlayıb. Türk bərbərin sözlərinə görə, uşaqlıqda onun da bir peşəkar ustaya saç düzəltdirmək imkanı olmayıb. Dəbli bir saç düzümünün olmasını və xüsusən vacib bayramlar ərəfəsində yaxşı görünməsini çox xəyal edib. İndi artıq Rəsul özü bərbər olub və başqalarına kömək edərək xəyalını da gerçəkləşdirə bilib. Boş vaxtlarında saç düzəltmək üçün lazımi alətləri götürən bu gənc müsəlman artıq balaca müştərilərin onu gözlədiyi Diyarbəkir küçələrini gəzir.

"Mən şəhərin küçələrində gəzir, yoxsul ailələrin övladlarını saçlarını düzəltməyə dəvət edirəm. Uşaqlar çox razıdırlar. Mən və onlar çox xoşbəxtik ”-deyir Rəsul Yılmaz.

Xeyirxah bərbərin davranışı yalnız uşaqlar tərəfindən deyil, böyüklər tərəfindən də heyranlıqla qarşılanır. Qurban bayramınadək Yılmaz 600 yoxsul uşağın saçını qırxmağı planlaşdırır.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb