Qurban bayramı ilə əlaqədar ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək

16:49 | 17.09.2015
Qurban bayramı ilə əlaqədar ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək

Qurban bayramı ilə əlaqədar ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək

Qurban bayramı ilə əlaqədar Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirlər əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə keçiriləcək.

Satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM