Qurban Qurbanov qərarını verdi

14:25 | 27.10.2014
Qurban Qurbanov qərarını verdi

Qurban Qurbanov qərarını verdi

Avroliqada Azərbaycanı uğurla təmsil edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun klubdan gedib-getməyəcəyi məsələsinə aydınlıq gəlib.

ANN.Az-ın "Qarabağ"ın Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, klubun vitse-prezidenti Tahir Gözəl baş məşqçinin klubda qalacağını bildirib. Qeyd edək ki, yığmanın baş məşqçisi Berti Foqtsun istefasından sonra Qurban Qurbanovun bu posta gətiriləcəyi söylənilirdi. Berti Foqtsun istefasından sonra millimiz Mahmud Qurbanova həvalə olunub. Komandamızın baş məşqçisinin adına isə noyabrın 16-da Bakıda keçirəcəyimiz Norveçlə qarşılaşmadan sonra aydınlıq gələcəyi gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb