Artıq bir neçə gündür ki, millət vəkili Rafael Cəbrayılovun borc qalmaqalı gündəmi zəbt edib.
Son səs yazısında isə Rəfael Cəbrayılov pulu qaytaracağı vədini verir.
"Rafael Cəbrayılovla bağlı məsələni mətbuatdan oxudum. Bunun nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Ancaq onunla bağlı konkret fakt olarsa, hansısa hüquq-mühafizə orqanlarından sənədlərlə, dəlillərlə müraciət edilərsə, hətta müddəti bitmiş olan vəsiqədən istifadə halları təsdiqlənərsə İntizam Komissiyası bu məsələyə mütləq baxacaq və adekvat olaraq reaksiya veriləcək”, - bunu isə Real TV-yə MM-in İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı dedi.
Artıq günlərdir adı hallanan Millət vəkili Rəfael Cəbrayılovla da əlaqə saxladıq. Nəhayət ki, deputat sükutu pozdu. .
İddiacı tərəf Təranə Fətəliyeva isə hələ ki, gözləmə mövqeyində olduğunu dedi.
Qeyd edək ki, millət vəkili Rafael Cəbrayılovun daha bir şəxsə külli miqdarda borcu olduğu da bu gün üzə çıxıb. Yusif Orucov adlı şəxs Rafael Cəbrayılovun "borc qalmaqalı” barədə mediada yazılanları oxuduqdan sonra özü ilə bağlı problemi də ictimailəşdirmək qərarına gəlib və "Yeni sabah" redaksiyasına müraciət edib.
"Biz Rafael Cəbrayılovun Binəqədidə tikdiyi binanın birinci mərtəbəsindən qeyri-yaşayış sahəsi almaq istəyirdik. Bu pulu da onun üçün vermişik. Lakin bir neçə aydan sonra aldandığımızı başa düşmüşük. Bu zamanadək pulu geri ala bilməmişik".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !