Rafet El Roman soyadını dəyişdirdi

10:35 | 24.09.2014
Rafet El Roman soyadını dəyişdirdi

Rafet El Roman soyadını dəyişdirdi

Türkiyənin tanınmış, elə Azərbaycanda da məşhur və sevilən müğənni-bəstəçi Rafet El Roman indiyə qədər şəxsiyyət vəsiqəsində göstərilən "Yaşdut" soyadını dəyişdirib. ANN.Az xəbər verir ki, Almaniyada 4 illik məhkəmə çəkişmələrindən sonra Rafet rəsmi olaraq artıq "El Roman"dır."Radikal" qəzeti yazır ki, sənətçi bugünə qədər sadəcə sənət dünyasında "El Roman" olaraq tanınıb və 4 il əvvəl o, rəsmi olaraq da bu soyadın daşınması fikrinə düşüb, məhkəməyə mürqciət edib.Xəbərdə deyilir ki, sənətçinin Tuğba Altıntopdan olan qızları Sy və Şevval, eləcə də 7 il vətəndaş nikahında yaşadığı Yeşim Eryıldırımdan olan oğlu Edvan da "El Roman" olaraq soyadları rəsmiləşdirildi. Rafetin bu istəyinə, ailəsi və yaxın qohumları qarşı çıxmışdılar, amma onun fikrindən dönmədiyi deyilir.Bəs "El Roman" nə deməkdir? Məlum olub ki, Rafet bu adı 1400-cü illərdə İspaniyada yaşayan nağıl qəhrəmanı "Elromano"nun həyat hekayəsinin oxuduqdan və bundan təsirləndikdən sonra özünə təxəllüs olaraq götürüb və 1992-ci ildən bugünə qədər onu istifadə edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM