Ramil Usubovdan 3 yeni təyinat

10:06 | 18.02.2015
Ramil Usubovdan 3 yeni  təyinat

Ramil Usubovdan 3 yeni təyinat

Abşeron Rayon Polis İdarəsinin (RPİ) 3 əməkdaşı Binəqədi RPİ-yə təyinat alıb.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə müvafiq əmrləri daxili işlər naziri general-polkovnik Ramil Usubov imzalayıb.

Belə ki, Abşeron RPİ-nin Təhqiqat Bölməsinin rəisi polis mayoru Həsrət Aslanov Binəqədi RPİ-nin İstintaq Şöbəsinin (İŞ) rəisi təyin olunub. Binəqədi RPİ-nin İŞ-nin keçmiş rəisi polis polkovnik-leytenantı Ceyhun Axundov isə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə baş müstəntiq vəzifəsinə təyinat alıb.

Bundan başqa, Abşeron RPİ-nin müstəntiqləri Nəriman Atakişiyev və Məhəmməd Tağıyev də Binəqədi RPİ-yə təyinatlar  alıb.

Qeyd edək ki, Abşeron RPİ-nin keşmiş rəisi polis polkovniki Namiq İsmayılov bir neçə ay əvvəl Binəqədi RPİ-nin rəisi təyin olunub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM