Rasim Əliyevin işi ilə bağlı yeni məqamlar - RƏSMİ

19:09 | 22.12.2015
Rasim Əliyevin işi ilə bağlı yeni məqamlar - RƏSMİ

Rasim Əliyevin işi ilə bağlı yeni məqamlar - RƏSMİ

Bu gun Baş prokurorluq Rasim Əliyevin işi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir:           
 
Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.
 
Dekabrın 22-də Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək  baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir.
 
Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılmış və məhkəməyə göndərilmək mərhələsindədir.
 
Amma zərərçəkən tərəfin vəkili Əsabəli Mustafayev ANN.Az-a açıqlamasinda bildirib ki, istintaqın həkimlərə və Cavid Hüseynova komək etmək istədiyi əvvəldən bilinirdi. Vəkilin fikrincə, Cavid Hüseynovun işinin digər təqsirləndirilənlərdən ayrılması qanuna ziddir  və futbolçunu cəzadan kənarda saxlamaq istəyindən qaynaqlanır. 
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür