• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

​"Bloomberg": Neft Rusiya rəsmilərinin bəyanatları səbəbindən ucuzlaşır

​
08.09.2015 17:56
Rusiyanın "Rosneft" şirkətinin prezidenti İqor Seçinin bəyanatından sonra dünya bazarında neftin qiyməti kəskin azalıb. 

"Bloomberg" agentliyinin ekspertləri hesab edirlər ki, sentyabrın 7-də İ.Seçinin Rusiyanın OPEC-ə qoşulmasının mümkün olmadığını deməsi neftin qiymətini kəskin aşağı salıb. "Rosneft" prezidenti bu açıqlamanı Sinqapurda keçirilən "FT Commodities" konfransında verib.

"Report"un verdiyi xəbərə görə, "Bloomberg" hesab edir ki, İ.Seçinin bu açıqlamasının arxasında RF-nin baş nazirinin müavini Arkadiy Dvorkoviçin keçən həftə Rusiyanın neft hasilatını süni şəkildə azaltmayacağı barədə bəyanatı durur. Bu da dünya bazarında neft təklifinin tələbi üstələyəcəyi tendensiyasının davam edəcəyini göstərir. Bununla yanaşı qeyd olunur ki, neftin qiymətinin kəskin azalmasına digər səbəb kimi Çin fond birjasındakı növbəti, 2,6%-lik geriləmə amili də göstərilir. Qeyd edək ki, Çin neft istehlakında dünya lideri olduğu üçün bu ölkədəki iqtisadi yavaşlama neftin qiymətinə ciddi təsir edir.

İsveçin "SEB AB" bankının baş analitiki Byarn Şildrup hesab edir ki, dünən Rusiya tərəfinin açıqlamasından sonra azalan neft qiymətləri ancaq ABŞ-dan qazma qurğularının sayının azalması barədə gələcək göstərici ilə yenidən yüksələ bilər.

Xatırladaq ki, dünən, sentyabrın 7-də WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,51 dollar və ya 3,27% azalaraq 44,54 dollara düşüb. "Brent" markalı neftin qiyməti isə 3,38%, yaxud 1,68 dollar azalaraq 47,93 dollar/barel olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
İqtisadiyyat 13:37
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol