• $
  • £

Hərbi komissarlıqlara çağırılmaqla bağlı – AÇIQLAMA

Hərbi komissarlıqlara çağırılmaqla bağlı – AÇIQLAMA
09.09.2015 16:48
Hərbi Xidməti bitirib ehtiyata buraxılan əsgərlərdən bir hissəsi yenidən hərbi hissələrə çağırılırlar. 

ANN.Az Gün.Az-a istinadən xəbər verir ki, dünəndən etibarən başlayan proses hazırda davam etdirilir.

Respublikanın bütün rayonlarından ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hissələrə toplanması, onların hərbi təlimlərə yenidən qatılması və döyüş şəraitinin yoxlanılması həyata keçirilir.
 
Həyata keçirilən proses bir sıra insanlarda təşviş yaradıb və ölkənin müharibəyə hazırlaşması barədə sosial şəbəkələrdə informasiyalar yayılmaqdadır.
 
Hərbi hissələrə aparılan şəxslər neçə müddətə çağırıldıqlarından xəbərsizdirlər.
 
Təşvişə düşmənin səbəbi kimi bir sıra şəxslərin gecə vaxtı təcili hərbi komissarlığa dəvət edilmələri olub.
 
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Nurəddin Heydərov bildirib ki, bu qanunvericilikdə nəzərdə tutulan prosesdir və müxtəlif zamanlarda həyata keçirilir:
 
"Ötən il və bu il ərzində bir neçə dəfə belə toplanışlar keçirilib.
 
O zaman biz 100 faizlik nəticəyə nail olmuşduq. İstər müharibə şəraiti, istərsə də sülh dövründə olsun, hər bir azərbaycanlı səfərbərliyə çağırılmaqdan qürur duymalıdır. Burada təşvişə düşməyə də ehtiyac yoxdur.
 
Hər bir hərbi mükəlləfiyyətli şəxs hərbi xidməti başa vuranda ona izah edilir ki, hər hansısa bir zamanda onlar yenidən hərbi toplanışlara çağırıla bilərlər. Ola bilər ki, kimsə bunu unudur. Amma bu, qanunvericiliklə nizamlanan prosesdir”.
 
Məlumat üçün bildirək ki, çağırış Müdafiə Nazirliyinin sentyabr ayının 6-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.
 
Avqustun 6-sı Müdafiə Nazirliyi Komanda Qərargah Hərbi Oyunlarına başlayıb. Oyunlara 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol