• $
  • £

Azərbaycan qızları da orduya yazılırlar

Azərbaycan qızları da orduya yazılırlar
10.09.2015 10:06
Vətənin keşiyində dayanan oğullarla yanaşı, qızların da sayı artmaqdadır. Bəs, qızlar oğlanlardan fərqli olaraq hərbi xidməti necə keçir?

Sıravi vətəndaşın ən ali borcu vətənə xidmətdir. Hər bir vətəndaşın yurdu qarşısında öhdəlikləri var, elə qadınların da.

ANN.Az ANS TV-ə istinadən xəbər verir ki, ölkəmizdə əvvəlki illərlə müqayisədə hərbi xidmət keçmək istəyən qadınların sayı xeyli artıb. 

Bu barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmisi polkovnik Malik Məmmədov bildirib:

"Bu gün qadınlara şərait yaradılıb ki, Azərbaycan respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmədən istənilən qoşun hissəsində qulluq etmək istəyi ilə, özləri fərdi qaydada müraciət edirlər”.

19 yaşdan 40 yaşadək qadınlar və ehtiyatda olan zabitlər yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi qeydiyyata alındıqdan sonra onlar hərbi biletlərlə təmin edilirlər.

Eləcə də hərbi qeydiyyata götürüldükdən sonra qadın vətəndaşlar könüllü surətdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasınınqanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol