• $
  • €
  • ₽
  • ₺
  • £

Müasir İncəsənət Muzeyində "Argentina qravyuraları" sərgisi açılıb

Müasir İncəsənət Muzeyində
29.05.2020 01:50
Sərgidə Argentina rəssamlarının 25-ə yaxın əl işləri nümayiş olunur

Sentyabrın 9-da Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun dəstəyi ilə Argentinanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi "Argentina qravyuraları" sərgisi açılıb. "Report" xəbər verir ki, beş Argentina rəssamının işləri nümayiş etdirilən sərginin açılışında mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak edib.

Sərgidə Argentina rəssamları Marselo Malaqamba, Marselo Aquilar, Pablo Delfini, Osvaldo Xalil və Marina Rotberqin 25-ə yaxın əl işləri nümayiş olunur.

Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov oyma sənətinin unikallığı barədə danışıb. Onun sözlərinə görə, bu yaradıcılıq növünün çətin olmasına baxmayaraq, Argentina rəssamlarının əsərlərində mükəmməlik hiss olunur.

Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva mədəniyyətin xalqlar arasındakı bir körpü olduğunu qeyd edib və sərginin əhəmiyyətindən danışıb. O, sərginin təşkilinə dəstək verdiyinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib və gələcəkdə belə sərgilərin mütəmadi keçiriləcəyini vurğulayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol