• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Yaxın gələcəkdə «3D» ünsiyyət mövcud olacaq

Yaxın gələcəkdə «3D» ünsiyyət mövcud olacaq
11.09.2015 22:30

«Facebook»un qurucusu və prezidenti Mark Zukerberq bildirib ki, 2016-cı ilin əvvəlində qlobal sosial şəbəkədə virtual reallıq platforması əlçatan olacaq. Gələcəkdə istifadəçilərin «3D» ünsiyyəti üçün proqram yaradılacaq. Bu, yeni tip üçölçülü videonun qəbulu üzrə müvafiq texnologiyaların kütləvi bazara çıxarılması zamanı baş verəcək.
 
«Facebook» sosial şəbəkələrdə şəkil və video vasitəsilə ünsiyyətə marağın artdığını müşahidə etdikdə sosial «3D» platformanın yaradılması haqda qərar qəbul edilib. «Facebook» yeni platformasını virtual şlem istehsalçısı «Oculus VR» şirkəti ilə birgə inkişaf etdirəcək. Xatırladaq ki, «Facebook» 2014-cü ilin yayında «Oculus VR» şirkətini satın alıb. 2015-ci ilin iyulunda virtual reallıq bir addım da yaxınlaşıb: «Facebook» İsrailin jestlərin idarəsi üzrə «Pebbles» istehsalçısını satın alıb.
 
Hazırda «Samsung», «Sony», «Valve», «Apple» kimi nəhənglər virtual eynək yaratmaq üzərində çalışırlar. 2013-cü ildə «Fibrum» şirkəti tərəfindən yaradılmış virtual şlem bazara çıxarılıb. Bu şirkəti rusiyalı İlya Flaks təsis edib.
 
«3D» platforma əyləncə sahəsindən başqa biznes məsələlər üçün istifadə edilir. Əvvəllər peşəkarlar «3D» proqramları arxitektura, tibb, tikinti sahələrində istifadə edirdilər. İndi «3D» alətlər müştəri xidmətinə çevrilir və həmçinin istehlak xidmətləri sahəsində ona tələbat var. Belə ki, 2015-ci ilin iyulunda pərakəndə ticarət üzrə ən böyük internet meydançalarından biri Yaponiyanın «Rakuten» şirkəti Estoniyanın «fits.me» startapı tərəfindən hazırlanmış virtual geyib baxma otağını satın alıb.
 
«3D» dizayn mobil proqram və saytlarda istifadə üçün aktiv şəkildə onlara uyğunlaşdırılır və təkmilləşdirilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
İqtisadiyyat 13:37
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol