DSMF tanınmış şirkəti məhkəməyə verdi
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri sığortaedənlərlə iş üzrə Departamenti "3A" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.
"Report"un məlumatına görə, departament borcun tutulmasına dair tələb irəli sürüb.
İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş üzrə Departamenti 2003-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması işini yaxşılaşdırmaq və Fondun idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yaradılıb.
"3A" şirkəti isə 2003-cü ildən Qafqaz regionunda isti üsulla qalvanizasya, sənaye, təhlükəsizlik, yol nişanlarının istehsalı və quraşdırılması və yollarda təhlükəsizlik tədbirlərinin təşkili istiqamətində fəaliyyət göstərir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox