• $
  • £

​Generalın adam bıçaqlayan oğlu məhkəməyə verildi

​Generalın adam bıçaqlayan oğlu məhkəməyə verildi
23.09.2015 11:46
 Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəməyə verilib. 

"Report”un xəbərinə görə, Vaqif Teymurov adlı şəxs T.Əsədullayevlə yanaşı, "Azərkabel” ASC, "Azkabel” MMC, Mingəçevir şəhəri 2 saylı notariat kontorunun notariusu Nidayət Rzayevə qarşı da iddia qaldırıb.

Alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddiaya Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, T.Əsədullayevin oğlu mətbuatın gündəminə Bakıdakı "Senator” restoranında törətdiyi hadisə ilə gəlib. Dünən axşamdan isə ölkə KİV-lərində və sosial şəbəkələrdə T.Əsədullayevin restoranda törətdiyi hadisənin görüntüləri yayılıb.

Xatırladaq ki, restoranda baş verən hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. T.Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. T.Əsədullayev məhkəmə zalından sərbəst buraxılıb. Tamerlan Əsədullayev barəsində 3 il şərti cəza təyin olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol