• $
  • £

Məkkədə baş verən faciədə ölənlərin sayı 753-ə çatdı

Məkkədə baş verən faciədə ölənlərin sayı 753-ə çatdı
25.09.2015 09:36
Məkkədə - Mina dağında bu gün baş verən izdihamda ölənlərin sayı 753-ə çatıb.

Trend-in "Hurriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, son məlumatlarda yaralananların sayının isə 887 olduğu bildirilir.

Qeyd edək ki, bu gün Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 310 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır. İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.

M.Payızov bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub. M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.

Həcc dövründə baş vermiş ən böyük insidentlər:

1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.

1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.

1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.

1998-ci il – izdihamda 118 zəvvar ölüb.

2001-ci il izdihamda 35 zəvvar ölüb.

2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.

2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Məkkədə baş vermiş faciədə 107 zəvvar ölmüşdü, 238 zəvvar isə xəsarətlər almışdı.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur
Dünya 03:33
Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur
Krımda nüvə silahı təhlükəsi
Dünya 03:19
Krımda nüvə silahı təhlükəsi
Elektrik enerjisi almaq üçün eşşəklərdən istifadə edirlər
Dünya 03:13
Elektrik enerjisi almaq üçün eşşəklərdən istifadə edirlər
Rusiyada azərbaycanlılarla ruslar arasında kütləvi dava
Dünya 19:23
Rusiyada azərbaycanlılarla ruslar arasında kütləvi dava
1 dollar 4 manat oldu, valyuta satışı dayandırıldı - Bu ölkədə
Dünya 21:30
1 dollar 4 manat oldu, valyuta satışı dayandırıldı - Bu ölkədə
Rusiyada türk filmlərinə QADAĞA
Dünya 09:45
Rusiyada türk filmlərinə QADAĞA
Türk Hava Yollarından Fransaya uçuşlar ilə əlaqədar AÇIQLAMA
Dünya 10:23
Türk Hava Yollarından Fransaya uçuşlar ilə əlaqədar AÇIQLAMA
Gedilməsi təhlükəli olan ölkələr - XƏRİTƏ
Dünya 11:36
Gedilməsi təhlükəli olan ölkələr - XƏRİTƏ
Kralın 16
Dünya 14:32
Kralın 16 "Kamaz"lıq əşyası azərbaycanlı milyarderin otelində
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol