• $
  • £

MTRŞ hədəfə aldığı verilişlərin adlarını AÇIQLADI

MTRŞ hədəfə aldığı verilişlərin adlarını AÇIQLADI
05.10.2015 12:50
"Azərbaycanda intellektual təbəqə əyləncəli verilişlərə baxmır"

"Aparılan araşdırmalar göstərir ki, Azərbaycan cəmiyyətinin intellektual kəsiminin böyük bir hissəsi çox təəssüf ki, xəbərlər informasiya proqramından başqa, yerli kanallardakı əyləncəli verilişlərə baxmır. Onlar əsasən, Rusiya və Türkiyə telekanallarında yayımlanan əyləncəli verilişləri izləyirlər”.
 
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. 
 
O bildirib ki, buna əsas səbəb Azərbaycan telekanallarında yayımlanan əyləncəli verilişlərin səviyyəsinin aşağı olmasıdır: "Bu isə Azərbaycan tamaşaçısının avtomatik olaraq, xarici telekanallara meyllənməsinə gətirib çıxarır. Bu da əlbəttə ki, böyük siqnaldır. Bu vəziyyətin qarşısını almaq üçün Şura fəaliyyətini daha da gücləndirib. Şuraya əlavə səlahiyyətlər televiziyalarda vəziyyətin düzəldilməsi üçün verilib. Məqsəd də efirin təmizliyini qoruyub saxlamaq, verilişlərin səviyyəsini artırmaqdır. Bu bizdən daha çox televiziyalara və cəmiyyətə lazımdır”.
 
Şöbə müdirinin sözlərinə görə, ANS televiziyasında yayımlanan "Məchulu tapın”, "Xəzər" telekanalında yayımlanan "Ay Zaur”, "5/5”, "Hər şey daxil” və "Space" televiziyasında yayımlanan "Sevimli şou” nəzarət altındadır: ""Sevimli şou”da aşağı zövqlərə köklənən müəyyən musiqi parçaları səslənir ki, bu, cəmiyyətin müəyyən təbəqəsinə köklənib, geniş auditoriya üçün deyil. Efirin toyxanaya çevrilməsini, habelə aparıcının bayağı davranışlarını nümunə göstərə bilərik. Sadaladıqlarım barədə narazılıq var. Düzdür, "Sevimli şou”da konkret heç kim təhqir olunmur. O cümlədən "5/5” verilişində həm aparıcının kobud davranışı, həm verilişin formatı, həm də verilişdə müzakirəyə çıxarılan mövzularla bağlı narahatlıq var. Həm də bu verilişdə eyni qonaqların mütəmadi verilişə çağırılması ilə bağlı şübhələr var. "Hər şey daxil” verilişində efirə yaraşmayan qeyri-etik ifadələrlə bağlı şəxsən mən özüm arayış yazmışam. Bütün hallarda problemin miqyası məsələsi var. Məsələn, "ANS” televiziyasında yayımlanan "Sən tək deyilsən” və "Xoşqədəmlə axtarıram səni” verilişlərində problemi birdəfəlik aradan qaldırmaq lazım idi. Lakin yuxarıda adlarını çəkdiyim verilişlərin formatını müəyyən mənada cilalamaq, nizama salmaq mümkündür. Təbii ki, bu effekt verməsə inzibati metodlardan istifadə olunacaq”.
 
T. Dadaşov qeyd edib ki, hazırda bu istiqamətdə iş davam edir: "Şura verilişlərin məzmununa müdaxilə etmir. Amma ictimaiyyətdən gələn siqnallar əsasında telekanallara müəyyən tövsiyələr verir. Artıq iradlarımız telekanallara çatdırılıb. Kanallardan müəyyən şəxslər dəvət olunub və müzakirələr aparılıb. Biz ilk növbədə gözləyirik ki, telekanallar özləri tədbir görsün. Belə olmayacağı təqdirdə isə əlbəttə Şura qərar verəcək”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol