• $
  • £

Azərbaycanda gəlində siflis aşkarlandı, amma nikah kəsildi

Azərbaycanda gəlində siflis aşkarlandı, amma nikah kəsildi
14.10.2015 09:54
İyun ayının 1-dən Göygöl rayonu üzrə nikaha daxil olmaq istəyən 342 nəfərin, yəni 171 cütlüyün qanı yoxlanılıb.

ANN.Az-ın Kəpəz TV-yə istinadən məlumatına görə, onlardan yalnız 4 nəfərində xəstəlik aşkar edilib.

Nikaha girəcək cütlüklərin qan nümunələri Göygöl Rayon Mərkəzi Xəstəxanasının ümumi laboratoriyasında götürülür. Qan nümunələri götürüldükdən sonra Bakı şəhərinə göndərilir. 10-15 gün ərzində isə həmin qan nümunələrinin cavabları məlum olur.

Qan nümunələri paytaxtda, əsasən, talassemiya, QİÇS və sifilisə görə yoxlanılır. Tibbi müayinənin nəticələri barədə nikaha girən cütlüklərə ayrı-ayrılıqda məlumat verilir.

Həkim-laborant Kamirə Məmmədova 3 cütlüyün təkrar analiz verdiyini bildirib:

"Tematologiya İnstitutundan zəng vurularaq 3 cütlüyün hər birində talassemiya xəstəliyinə şübhə olduğu üçün təkrar qan istənildi. Qan göndərildi, amma müsbət cavab gəlmədi. Bir cütlüyün xanımında sifilis xəstəliyi oldu. Amma onlar evli olduğu üçün nikahları kəsildi”.

İyun ayının 1-dən nikaha girmək üçün müraciət edən cütlüklər haqqına məlumatlar Göygöl Rayon Mərkəzi Xəstəxanasının ümumi laboratoriyasında protokola yazılırdı. Ancaq müraciətlərin sayı çox olduğundan sentyabrın 21-dən məlumatlar kompüterə yazılaraq internet vasitəsilə Bakı şəhərinə göndərilir.

Qeyd edək ki, tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol