• $
  • £

​MTRŞ ATV-yə xəbərdarlıq etdi

​MTRŞ ATV-yə xəbərdarlıq etdi
14.10.2015 13:07
 Milli Televiziya və Radio Şurası (MTRŞ) Azad Azərbaycan (ATV) kanalında yayımlanan "Qız atası" serialına görə bu TV-yə şifahi xəbərdarlıq edib.

Bu barədə "Report"a Şuranın şöbə müdiri Təvəkkül Dadaşov məlumat verib.

Onun sözlərinə görə, "Qız atası" serialında Azərbaycan ailəsinə xas olmayan söhbətlər baş verir, xalqın adət-ənənəsinə yad olan ailə obrazı yaradılır ki, iradlar da bu istiqamətdə olub: "ATV-nin proqram direktoru bu məsələni öz nəzarətlərinə götürdüklərini bildirdi. Serialın baş prodüseri, aktyor Elməddin Cəfərov Şuranın iradlarını qəbul edib. O, qısa zamanda ssenaridə dəyişiklik ediləcəyini və tamaşaçının bir daha narahatçılıq yaradan məqamlarla qarşılaşmayacağını bildirib".

Şöbə müdirinin sözlərinə görə, "Qız atası" serialında "Qaynanamız" serialında olduğu kimi qeyri-etik mövzu və söhbətlərə yer verilmədiyi üçün şifahi xəbardalıqla kifayətləniblər.
T.Dadaşov onu da bildirib ki, yayımı bir aylıq dayandırılan "Qaynanmız" serialı əvvəllki formada efirə qayıdarsa, yayımına icazə verilməyəcək: "Qaynanamız" serialı irad tutulmuş məsələləri aradan qaldırarsa, yayımına icazə veriləcək".

Şöbə müdiri vurğulayıb ki, telekanalın məsul şəxsləri MTRŞ-nin qərarını anlayışla qarşılayıb və irad tutulan problemlərin aradan qaldırılacağına söz veriblər: "ATV-nin məsul şəxsləri bizim qərarımızı anlayışla qarşıladı və verilən qərarları efirin sağlamlaşdırılmasına yönəlik addım kimi dəyərləndiriblər. Bildiriblər ki, Azərbaycanın efirində normal verilişlərin yayımlanmasını istəyirlər və bu işdə atılan addımlara qarşı deyillər".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol