• $
  • £

"Neftin qiyməti 100 dollar olacaq"

14.10.2015 14:59
Neft İxrac Edən Ölkələrin Birliyi (OPEC) oktyabrın 21-də keçirilən toplantısına birliyə daxil olmayan Azərbaycanı da dəvət edib.

ANS PRESS-in məlumatına görə, iclasa Azərbaycandan başqa daha 7 ölkə də dəvət olunub. Həmin ölkələr Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiyadır. Görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Toplantıda Venesuela neftin qiymətinin qaldırılması və bazarın tədricən stabilləşməsi üçün yeni strategiya təqdim etmək niyyətindədir. Ölkənin keçmiş neft sənayesi naziri Rafael Ramires bildirib ki, əgər oktyabrın 21-də bu strategiya yenilənərsə, neft istehsalı həcmi və neftin qiyməti dəyişə bilər.

"Oktyabrın 21-də yenilənən strategiya indiyədək yoxlanılmış bir mexanizmdir. Bu mexanizm neftin istehsalının tədricən azaldılmasını nəzərdə tutur. Belə olan halda neftin qiymətinin ilkin ən yüksək həddi 70 dollar/barrel, ikinci həddi isə 100 dollar/barrel olacaq", - deyə Rafael Ramires yeni mexanizmi şərh edib.

Ümumiyyətlə, neftin qiymətinin aşağı düşməsindən ən çox zərər görən ölkələr xüsusilə Rusiya və Venesueladır. Bu səbəbdən hər iki ölkə OPEC-ə daxil olan və olmayan neft istehsalçılarının iclas keçirməsini istəyiblər.

Qeyd edək ki, hazırda dünya birjasında neftin qiyməti 50 dollar ətrafında dəyişir. Belə ki, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 46,81 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures”) birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 49,36 dollar olub. London birjasında "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 52,21 dollar təşkil edib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İlham Əliyevdən YENİ TƏYİNAT
İqtisadiyyat 10:42
İlham Əliyevdən YENİ TƏYİNAT
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
İqtisadiyyat 08:39
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol