• $
  • £

Bələdiyyə torpaqlarının qeydiyyatı ilə bağlı YENİLİK

Bələdiyyə torpaqlarının qeydiyyatı ilə bağlı YENİLİK
24.11.2015 15:05
Qeydiyyat sistemində bir pəncərə sisteminin təqbiqi ona imkan verir ki, bələdiyyələr özlərinə məxsus torpaqlarda onların icarə, istifadə, mülkiyyət hüquqlarınının qeydiyyatını həyata keçirmək üçün artıq bir-neçə quruma, orqana müraciət etmir. 

Oxu.Az xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rafiq Cəlilov jurnalistlərə deyib. 

"Yalnız ƏMDK-nın yerlərdəki reyestrlərinə müraciət etməklə öz hüquqlarını qeydiyyata aldıra bilirlər. Bütün digər proseslər, məsələn, çöl ölçmə işləri,  koordinatların, iqtisadi göstəricilərinin sərhədlərin müəyyən edilməsi, torpaqların təyinatını kateqoriyasının, bütün bu məsələlər komitənin daxilində qurumlarla əlaqə yaradılmaqla həyata keçirilir.

Sonda vahid çıxarış forması bələdiyyələrə verilir. Bunun üçün bələdiyyələr heç bir quruma müraciət etmirlər”, - deyə komitə sədrinin müavini qeyd edib. 

Onun sözlərinə görə, torpaqların səmərəli düzgün istifadə edilməsi üçün birinci bilinməlidir ki, harda hansı kateqoriyada, nə qədər torpaq var:

"Bu torpaqların heç vaxt dəqiq uçotu olmamışdır. Hazırda komitə torpaqların dəqiq uçotununun qurulması ilə məşğuldur. Yaxın 2-3 il ərzində bu işlər başa çatacaq.

Biz artıq Bakı, Sumqayıtda tam mükəmməl kadast qurmuşuq. Gəncə, Şəkidə bu işlər 2016-ci ilin ortalarında başa çatacaq. Respublikanın digər ərzilərində isə 2019-cu ilə qədər torpaqların elektron kadastr uçotu qurulacaq”, - deyə o bildirib. 

Qeyd edək ki, bu gün Əmlak Məsələləri Dövlət Komitəsi bələdiyyə torpaqlarının qeydiyyatında vahid pəncərə prinsipinin tətbiqi ilə bağlı işgüzar forum həyata keçirib. Bu forumda komitənin qurumlarından başqa, Ədliyyə nazirliyinin bələdiyyələrlə iş üzrə mərkəzi, Bakı, Sumqayıt, Abşeron bələdiyyələri və digər qurumların nümayəndələri iştirak edib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İlham Əliyevdən YENİ TƏYİNAT
İqtisadiyyat 10:42
İlham Əliyevdən YENİ TƏYİNAT
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
İqtisadiyyat 08:39
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol