• $
  • £

Eldar Mahmudovun həyat yoldaşı işdən çıxdı

Eldar Mahmudovun həyat yoldaşı işdən çıxdı
24.11.2015 17:45
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi Tahirə Mahmudova işdən ayrılıb. 

"Report”un əldə etdiyi məlumata görə, o, öz ərizəsi ilə işdən çıxıb. 

T.Mahmudova işdən ayrılmaq istəməsinə səbəb kimi səhhətində yaranmış problemləri göstərib.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov məlumatı təsdiqləyib:

"O, ərizə yazaraq öz xahişi ilə işdən azad edilib”.

Qeyd edək ki, Tahirə Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həyat yoldaşıdır.

T.Mahmudova 1960-cı ildə anadan olub. 1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Ali təhsilini başa vurduqdan sonra "Dənizneftqazlayihə” Elmi Tədqiqat və Layihə İnstitutunda baş mühəndis, 1987-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş mühəndis, 1994-2000-ci illərdə "Spektr” kiçik müəssisəsində aparıcı konstruktor, 2001-2003-cü illərdə "Səda” firmasında beynəlxalq iqtisadiyyat məsələləri üzrə məsləhətçi, 2003-2007-ci illərdə isə AGBank-da məsləhətçi vəzifələrində çalışıb.

T.Mahmudova 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışırdı. O, həm də AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvü idi.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol