• $
  • £

Azərbaycanın bir neçə diplomatı geri çağırıldı

Azərbaycanın bir neçə diplomatı geri çağırıldı
25.11.2015 20:01
Prezident İlham Əliyev Həsən Sultan oğlu Zeynalovun Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla H.Zeynalov Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyev həmçinin Murad Nizami oğlu Nəcəfbəylinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Elxan Cahangir oğlu Qəhrəmanovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri, Tofiq Nadir oğlu Zülfüqarovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılmaları haqqında sərəncamlar imzalayıb. 

Dövlət başçısının digər sərəncamları ilə Vəhdət Məmmədağa oğlu Sultan-zadə Azərbaycan Respublikasının Türkmənistanda və eyni zamanda Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Zakir Arif oğlu Həşimov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Rəşad Eynəddin oğlu Məmmədov isə Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifələrindən geri çağırılıb.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
Nazirliklərdən birinin adı dəyişdirildi
Siyasət 05:24
Nazirliklərdən birinin adı dəyişdirildi
Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana CAVAB
Siyasət 04:21
Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana CAVAB
Kerridən Qarabağla bağlı çağırış
Siyasət 03:55
Kerridən Qarabağla bağlı çağırış
İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi
Siyasət 02:59
İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi
Ordumuz hərbi təlimlərə başlayır
01:57
Ordumuz hərbi təlimlərə başlayır
Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı
Siyasət 00:57
Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı
Putin Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı
Siyasət 22:39
Putin Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol