• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Pakistan prezidenti: "Azərbaycanla əməkdaşlığı bütün sahələrdə gücləndirmək lazımdır"

Pakistan prezidenti:
09.12.2015 13:42
"Pakistanla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni, müdafiə və təhlükəsizlik sahələrini əhatə edən dərin əməkdaşlığa ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla görüşü zamanı deyib.
 
Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə Pakistan qarşılıqlı fayda və inkişaf naminə bütün sahələrdə əməkdaşlığı genişləndirməlidir. M. Hüseyn qeyd edib ki, hazırda Pakistanla Azərbaycan arasındakı ticarət əlaqələri mövcud potensialla uyğun deyil.  "Ticarət və investisiya əməkdaşlığını gücləndirmək lazımdır”.
 
Pakistan prezidenti ölkəsi ilə Azərbaycan arasında birbaşa hava xəttinin "Turkish Airlines” vasitəsi ilə bərpasını yüksək qiymətləndirərək bunun ticarət, turizm və insanlararası münasibətlərə töhfə verəcəyini bildirib. O, iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlıqdan məmnunluğunu qeyd edərək əlavə edib ki, Pakistan ən nüfuzlu hərbi institutlarında Azərbaycan silahlı qüvvələri üçün treninqləri davam etdirəcək.
 
M. Hüseyn həmçinin Azərbaycanın Camu və Kəşmir məsələsindəki dəstəyinə görə təşəkkür edərək Pakistan hökumətinin və xalqının Azərbaycan prezidenti İlham Əliyevin Pakistana səfərini səbirsizliklə gözlədiyini vurğulayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident ailəsi ilə “Bakı Ağ Şəhər”də olub
Siyasət 12:22
Prezident ailəsi ilə “Bakı Ağ Şəhər”də olub
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət 21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Siyasət 19:54
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:57
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Siyasət 17:48
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Siyasət 17:37
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Siyasət 17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol