• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"İŞİD-in dövlətə çevrilməsinə imkan vermək olmaz"

09.12.2015 21:46
"Aydınlaşdırmaq lazımdır ki, niyə Türkiyə antiterror koalisiyasının üzvü olduğu halda, Suriyada ABŞ-ın özünə potensial tərəfdaş hesab etdiyi kürd döyüşçülərini bombalayır”.

APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliya mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, Suriyada İŞİD-ə qarşı vuruşan qüvvələrdən biri də kürd silahlılarıdır: "Həmin insanlar əsasən "Demokratik İttifaq” partiyasının üzvləridir. Türkiyə nöqteyi-nəzərindən onlar düşməndir”.  

S. Lavrov qeyd edib ki, bəzi ölkələr tərəfindən Suriya prezidenti Bəşər Əsədin istefası tələb süni xarakterlidir: "Burada bəzi nüanslar var. Artıq onlar Əsədin dərhal istefasını tələb etmirlər, onun siyasi keçid prosesində iştirakına imkan verirlər. Lakin mütləq elə bir tarix görmək istəyirlər ki, həmin vaxtdan o artıq səlahiyyətlərini icra etməsin. Biz bu yanaşmanı süni, beynəlxalq hüquqa və demokratiya prinsiplərinə zidd hesab edirik”.

Rusiyalı diplomatın fikrincə, Rusiya Türkiyənin Su-24 təyyarəsini vurmasını Suriyada siyasi prosesi pozmaq cəhdi kimi qiymətləndirir: "Həmin gün baş verənlərlə bağlı qiymətləndirməmiz dəyişməzdir. Fikrimizcə, bu ya antiterror səyləri pozmaq, ya Rusiyanın Suriya hava məkanında fəaliyyətinə əngəl törətmək, ya da Venesiya danışıqları çərçivəsində aparılan siyasi həll prosesini pozmaq cəhdidir”.

Lavrov onu da bildirib ki, əgər tərəflər öz maraqlarına xidmət etmək məqsədi güdməsələr, geniş beynəlxalq antiterror koalisiyasını qurmaq mümkündür: "İŞİD kimi təşkilatlar insanlığa nifrəti təbliğ edir. Onların dövlətə çevrilməsinə və islamla bağlılıqlarının olması barədə illüziyaların yaranmasına  imkan vermək olmaz. Onlar insanlığın düşmənidir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünya 19:24
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol