• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

“Azərbaycan prezidentinin Çinə səfəri tarixi səfərdir”

“Azərbaycan prezidentinin Çinə səfəri tarixi səfərdir”
12.12.2015 14:07
"Hiss olunurdu ki, Çin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir, ölkəmizin beynəlxalq aləmdə oynadığı rolu, geosiyasi əhəmiyyətini bilir”
 
"Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri məzmun, forma və statusuna görə tarixi səfər oldu”.
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, dünyada, regionda gedən proseslər fonunda Azərbaycan prezidentinin Çinə dövlət səfəri çox mühüm bir hadisədir: "Dövlətlərin hər birində ildə 2-3 səfərə dövlət səfəri statusu verilir. Çin kimi dövlətin prezident İlham Əliyevin səfərinə belə bir status verməsi xüsusi münasibətin göstəricidir. Aparılan müzakirələr və 10 sənədin imzalanması da bunu göstərir. Çin Xalq Respublikasının sədri və prezident İlham Əliyev arasında birgə Bəyannaməni xüsusi qeyd etmək olar”.
  
N. Məmmədovun sözlərinə görə, görüşlərdə elə bir sahə olmayıb ki, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə söhbət getməsin: "Hiss olunurdu ki, Çin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir, Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolu, geosiyasi əhəmiyyətini bilir. Dünyadakı mövcud şəraitdə iki dövlət başçısının görüşməsi, əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyan hadisədir. Hər iki ölkə son 10 ildə sabit və uğurlu inkişafını təmin edib”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident ailəsi ilə “Bakı Ağ Şəhər”də olub
Siyasət 12:22
Prezident ailəsi ilə “Bakı Ağ Şəhər”də olub
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət 21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Siyasət 19:54
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:57
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Siyasət 17:48
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Siyasət 17:37
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Siyasət 17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol