• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

AFFA-dan açıqlama: PFL klublara qadağa qoya bilməz

AFFA-dan açıqlama: PFL klublara qadağa qoya bilməz
05.01.2016 14:52
Peşəkar Futbol Liqasınının (PFL) prezidenti Ramin Musayevin klublara transfer qadağası barədə açıqlaması müzakirələrə səbəb olub.

Qol.Az-ın  "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, ən çox müzakirə olunan isə qurumun bu səlahiyyətə malik olub-olmamasıdır. Çünki PFL də klublar kimi AFFA-nın bir üzvüdür. Belə olduğu halda isə qurum heç bir kluba hər hansı qadağa tətbiq edə bilməz.

Əgər hər hansı bir intizam qərarı olmadan klub yeni əcnəbi futbolçunun sənədləri ilə PFL-ə müraciət etsə və qeydiyyatdan imtina edilsə, bu AFFA-nın nizamnaməsinə zidd olacaq.

AFFA-nın Nizamnaməsindən çıxarış:

Maddə 12 - Peşəkar Futbol Liqası (PFL)

1. PFL, AFFA-nın aşağıdakılardan ibarət olan kişi komandaları arasında keçirilən yüksək yarışların birində iştirak edən futbol klublarını özündə birləşdirən və öz fəaliyyətlərini AFFA-nın təlimatlarına, direktivlərinə, əsasnamələrinə və Nizamnaməsinə əsasən quran hüquqi şəxslərdir.

а) Premyer Liqa;

b) I divizion (və sairə).

2. Bu iki yüksək qrupla əlaqədar hər hansı kommersiya, klublara lisenziya vermə, İntizam , hakimlik, habelə televiziya məsələləri yalnız AFFA-nın səlahiyyətində qalır. AFFA çempionatın keçirilməsi və digər hüquqları PFL-ə onunla bağlanmış müqavilə əsasında verə bilər.

AFFA-nın hüquqşünası Rəmiş Malıyev də sözügedən məlumatı "Qafqazinfo”ya açıqlamasında təsdiq edib. O bildirib ki, PFL klublara qadağanı tətbiq etmək üçün AFFA İntizam Komitəsinə müraciət etməlidir. Yalnız hüquqi müstəvidə bu məsələyə baxıldıqdan sonra belə bir məsələ reallaşa bilər:
 
"Ramin Musayev klubların əcnəbi futbolçulara görə quruma haqq ödəməsindən danışıb. Neçə müddətdir ki, PFL klublara güzəşt edirdi. Ödənişləri gecikdirsələr də, heç bir cəza tətbiq etmirdi və ya AFFA-ya bu barədə şikayət etmirdi. Amma PFL də özü maliyyələşən qurumdur. Onlara da ödənişlər vaxtında edilməlidir. Düzdür, PFL klublara özü-özlüyündə qadağa qoya bilməz, amma AFFA İntizam Komitəsinə müraciət edərək buna nail ola bilər. Federasiyada bu məsələyə baxıldıqdan sonra mümkündür ki, klublara transfer qadağası cəzası tətbiq edilsin”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol