• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azərbaycan iqtisadiyyatı 1% artıb

Azərbaycan iqtisadiyyatı 1% artıb
10.01.2016 15:30
"2015-ci ildə neftin qiymətinin düşməsi və manatın devalvasiyaya uğraması Azərbaycanda iqtisadi proseslərə də təsir edib. Bunun səbəbi kənarda yaranıb, neftin qiymətinin azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
 
Dövlət başçısı bildirib ki, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb, ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz çoxalıb: "Qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Bu məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir və aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir”.
 
Prezident İlham Əliyev deyib ki, keçən il Azərbaycan iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub: "Qoyulan sərmayənin yarısı xarici sərmayədir və bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alaraq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir”.
 
Dövlət başçısı qeyd edib ki, bütün sosial proqramlar, o cümlədən sosial infrastruktur layihələr icra olunur, yeni iş yerləri açılır, regionların inkişafı ilə bağlı tədbirlər görülür: "2015-ci ildə Azərbaycan əhalisi 114 min nəfər artıb”.
 
Prezident İlham Əliyev çıxışında TANAP layihəsinin əhəmiyyətinə də toxunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın kartof ixracı artıb
İqtisadiyyat 10:48
Azərbaycanın kartof ixracı artıb
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
İqtisadiyyat 10:04
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
İqtisadiyyat 07:14
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol