Qorbaçov: Bakıya qoşun göndərmək həyatımın ən böyük səhvi idi
İyirmi Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar İndoneziyanın nüfuzlu "The Jakarta Post” qəzetində məqalə dərc edilib.
ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "İşğalçı zülmə bəraət qazandırmağa cəhd etdiyində” adlı məqalədə 1990-cı il yanvarın 20-də sovet ordusunun Azərbaycanın paytaxtı Bakıya yeridilməsindən, dinc sakinlərə tutduğu divandan bəhs edilir. Nəticədə 147 nəfərin öldürüldüyü, 638 insanın yaralandığı, 841 nəfərin qeyri-qanuni həbs edildiyi diqqətə çatdırılır. Yüzlərlə binanın və digər əmlakların dağıdılmasının həm dövlətə, həm də əhaliyə böyük maddi zərər vurduğu bildirilir.
Məqalədə vurğulanır ki, sovet hakimiyyəti bu hücumu guya Bakıdakı erməniləri təxliyyə etmək zərurəti ilə izah edirdi. Lakin bu, tamamilə yalan və işğala bəraət qazandırmaq üçün sadəcə olaraq bir bəhanə idi. Əsl məqsəd isə müstəqillik uğrunda milli hərəkatı və Azərbaycana ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə qarşı dinc etirazları yatırmaq idi.
Məqalənin sonunda SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun hadisələrlə bağlı 1995-ci aprelin 27-də İstanbulda etdiyi etirafdan sitat gətirilir:
"Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət
17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Son xəbərlər
Daha çox