İlham Əliyev "Microsoft Corporation" şirkətinin vitse-prezidenti ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda "Microsoft Corporation” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser ilə görüşü olub.
Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olundu. "Microsoft Corporation” şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulandı. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin mühüm rol oynadığı qeyd edildi, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirildi. Həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə "Microsoft Corporation” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət
17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Son xəbərlər
Daha çox