• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Nardaranda həbs olunan 71 nəfər azadlığa çıxdı

Nardaranda həbs olunan 71 nəfər azadlığa çıxdı
22.01.2016 11:04
Nardaran hadisələri ilə bağli inzibati qaydada həbs olunan 71 nəfərin hamısı azadlığa buraxılıb. 

Bu barədə Trend-ə Nardaran sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, Nardaran hadisələri ilə əlaqədar inzibati qayda pozuntusuna yol verdiyi üçün saxlanılan 71 nəfər barəsində seçilən inzibati həbs müddətləri başa çatıb: 

"Ötən həftə həmin şəxslərdən barələrində seçilən inzibati həbs müddəti bitmədiyi üçün 14 nəfər azadlığa çıxmamışdı. Həmin şəxslərin barəsində seçilən inzibati həbs müddəti bitdiyindən onlar artıq azadlığa buraxılıblar".

Nardaran sakinləri qeyd ediblər ki, hazırda Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində 3 qəsəbə sakini qalıb ki, onlar da, məlum hadisələrdən sonra inzibati qaydada həbs edilənlərdir.

Bildirilir ki, saxlanılanlardan 2 nəfərinin inzibati həbs müddəti 30, 1 nəfərin inzibati həbs müddəti isə 15 sutkadır. Yaxın günlərdə həmin şəxslərin də həbs müddəti başa çatacaq və azadlığa buraxılacaqlar.

Xatırladaq ki, ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı "Müsəlman birliyi” adı altında qanunuz fəaliyyət göstərən təşkilatın rəhbəri Taleh Bağırov və qurumun 13 üzvü saxlanılıb. Əməliyyat zamanı polislə birlik üzvləri arasında qarşıdurma baş verib.

Nəticədə ikisi polis əməkdaşı olmaqla 7 nəfər həlak olub, radikal birliyin rəhbəri Taleh Bağırov başda olmaqla 32 nəfər saxlanılıb. Saxlanılanlardan 14 nəfər "Müsəlman Birliyi"nin üzvləri, qalan 18 nəfər isə Nardaran sakinidir.

Saxlanılan şəxslərlə bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisədən sonra isə inzibati qayda pozuntusuna yol verən 71 nəfər Nardaran sakini inzibati qaydada həbs olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol