• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Nazir: Pullar oğurlanıb, bunu açıq şəkildə etiraf etməliyəm

Nazir: Pullar oğurlanıb, bunu açıq şəkildə etiraf etməliyəm
25.01.2016 09:58
Bildiyiniz kimi ölkə prezidentinin sərəncamına əsasən bu bankın sağlamlaşdırılması və özəlləşdirilməyə hazırlanması üçün tədbirlər görülür. Bu asan deyil.

Bunu maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində Beynəlxalq Bankın borcları barədə danışarkən deyib.

Nazir bildirib ki, bankın sabiq mecenmenti, sabiq rəhbərliyi bir çox kobud səhvlərə yol vermişdi və bu gün bu səhvlərə külli qiymət də verilməkdədir:

"Bir çox hallarda müşahidə şurasının qərarlarına əməl edilməmiş, bu qərarlar pozulmuş və bank barədə məlumatlar təhrif olunmuşdur.

Nəticə etibarı ilə bu bankda mənimsəmə halları müşahidə olunub. Biz bu gün bu bankın toksik (pis) aktivlərini, hansılar ki, kreditlər verilib, pullar oğurlanıb bunu açıq şəkildə etiraf etməliyəm, belə hallar da var. Əlaqəli şəxslərə dolaylı yollarla pullar verilib, o pullar da çıxarılıb lazım olmayan işlərə sərf olunub.

Biz bu gün bu işlərlə məşğuluq. Borcluların pulları qaytarması işlərini davam etdiririk. Bu baxımdan hüquq-mühafizə orqanları ilə birlikdə - Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla işlər davam etdirilir. Çalışırıq ki, pul alan adamlar öz məsuliyyətlərini dərk edərək banka borclarını qaytarsınlar.

Digər tərəfdən bank əmanətçilərinin, bank müştərilərinin fəaliyyətinə xələl gətirməməkdən ötrü – çünki bu böyük bir bankdır, sistemli bir bankdır, Azərbaycan bank sisteminin 40%-dən çoxu bu bankın üzərinə düşür – ona görə də biz dövlət tərəfindən qərara aldıq ki, bunların verdiyi müəyyən pis kreditləri aqrar üsulu ilə alırıq bu kreditlərin üzərinə, söhbət gedir müəyyən zavod, fabriklərdən, hansılar ki, səmərəsizdir və hal-hazırda pis işləyir, bunları biz sağlamlaşdırmaq yoluyla satıb, sonra əldə ediləcək pulları kreditin bərpa edilməsinə sərf edəcəyik.

Bu pullar bu istiqamətlərə sərf olunur”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İlham Əliyevdən YENİ TƏYİNAT
İqtisadiyyat 10:42
İlham Əliyevdən YENİ TƏYİNAT
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
İqtisadiyyat 08:39
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol