"Neftin qiyməti 100 dollar/barelə yüksələ bilər"
Bu il dünya bazarında neftin bir barelinin qiyməti 50 dollara yüksələcək.
"Report" xəbər verir ki, bunu tanınmış neft treyderi və "Andurand Capital" fondunun təsisçisi Pyer Anduran "Bloomberg" agentliyinə müsahibəsində bildirib.
O hesab edir ki, 2017-ci ildə isə neftin qiyməti 70 dollar/barel olacaq: "Biz elə dünyada yaşayırıq ki, aşağı qiymətlər yüksək qiymətlərlə əvəz oluna bilər. Hesab edirəm ki, artıq qiymətlər ən aşağı həddədir. Bu il neftin bir barelinin 50 dollar, növbəti ildə isə 70 dollar olacağını düşünürəm".
"İzvestiya" qəzetinə müsahibəsində isə P.Anduran bildirib ki, bu il neftin qiymətinin yüksəlməsi üçün əsas səbəb OPEC-ə daxil olmayan ölkələrin neft ixracının azalması olacaq.
O əlavə edib ki, 2018-ci ildə neft kotirovkaları 100 dollar/barelə yüksələ bilər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV
Rəsmi Youtube kanalımız