• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Yol polisindən sürücülərə müraciət

Yol polisindən sürücülərə müraciət
25.01.2016 10:46
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri respublikada hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırıb.
 
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var və sürücülər buna hazır olmalıdır: "Texniki cəhətdən nasaz olan, əsasən? şinlərinin zehləri yeyilmiş avtomobillərin sürücülərindən, eləcə də təcrübəsi az olan sürücülərdən xahiş olunur ki, qarlı-çovğunlu günlərdə nəqliyyat vasitələrindən mümkün qədər istifadə etməsinlər. Buzlu yolda hərəkət edərkən yola çıxmazdan əvvəl avtomobilin əyləc və sükan sistemlərini, təkərlərin vəziyyətini yoxlasınlar. Sürücülərdən tələb olunur ki, hərəkət sürətini, digər avtomobillərlə ara məsafəsini yol örtüyündən və hava şəraitindən asılı olaraq düzgün seçsinlər”.
 
K. Əliyev qeyd edib ki, hazırda magistral yollarda qar olsa da, bu, nəqliyyatın hərəkətində məhdudiyyət yaratmayıb: "Respublikanın bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün açıqdır”.
 
K. Əliyev bildirib ki, istirahət günləri (şənbə-bazar) respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölümlə nəticələnən qəzaların hər ikisi piyada vurma ilə bağlı olub. Onlardan biri Bakı şəhəri, digəri isə Bərdə rayonunda baş verib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol