• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Azərbaycana yağan qarın faydası - RƏY

Azərbaycana yağan qarın faydası - RƏY
26.01.2016 23:59
"Hazırda Azərbaycan ərazisində olan hava şəraiti həm paytaxt, həm də regionlar üçün uyğundur".

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov məlumat verib.

Mütəxəssis qeyd edib ki, yanvar ayında, xüsusilə isti havadan sonra qarın müşahidə edilməsi bir sıra səbəblərə görə Azərbaycan əhalisinə və təsərrüfatına xeyirdir: "Qar torpağın sərvətidir. Torpaq nə qədər qar, su udsa, o qədər münbit olur. Havanın uzun müddət isti olması bir sıra mikrobların yaranmasına səbəb olub, xəstəliklər artıb və qarın yağması, temperaturun aşağı düşməsi, şaxtaların müşahidə edilməsi həmin bakteriyaların həm artmasının qarşısını alır, həm də çox hissəsini məhv edir".

M.Həsənov bildirib ki, qarın yağması torpağı münbitləşdirir və nəticədə məhsuldarlıq artır: "Azərbaycanda su ehtiyatı həmişə olan problemlərdəndir. Qarın yağması ilə həm də su ehtiyatı artır".

Onun sözlərinə görə, Azərbaycan ərazisində qar nadir hallarda düşür: "Bu səbəbdən də qarın dəfələrlə təkrarlanması, ciddi ziyanı olacağı gözlənilmir".

M.Həsənov əlavə edib ki, bu günlərdə yağan qar iqlimdə baş verən adi meteoroloji dəyişikliklərdir: "Azərbaycan ərazisinə daxil olan belə hava kütləsi uzun müddət respublika ərazisində qalmır. Adətən, 2-3 gün davam edir. Sonra yerli hava kütləsinə transformasiya olur və qarın yağması dayanır. Şimaldan hava kütlələri ölkə ərazisinə daxil olmasa belə kəskin hava şəraitinə səbəb olub. Yaxın günlərdə faktiki hava yerli hava kütləsinə çevriləcək".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol