Azərbaycan Prezidenti statistika qurumlarının rəhbərlərini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayteri və Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarskini qəbul edib.
"Report”un xəbərinə görə, dövlət başçısı "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin ikinci fazasının təqdimatı ilə bağlı keçirilən konfransın əhəmiyyətini qeyd edib. Bütün sahələrdə işlərin planlaşdırılmasında, iqtisadi inkişafa nail olunmasında dəqiq statistikanın rolunu xüsusi vurğulayan Prezident İlham Əliyev ölkəmizin statistika sistemində islahatların aparılmasının önəmindən danışaraq bu baxımdan Tvinninq layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski layihənin birinci fazasının icrası zamanı ölkəmizdə Tvinninq üzrə rezident-müşavir vəzifəsində çalışdığı müddətdə görülən işlərdən danışıb.
Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayter effektiv siyasətin işlənib hazırlanmasında düzgün statistik məlumatların əldə edilməsi və istifadə olunmasının vacibliyinə toxundu, bu sahənin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət
17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Son xəbərlər
Daha çox