"Azərenerji" Rusiyadan qaz alacaq
![](https://anews.az/photo/850x500/2016-02/1454315089_4405a878-319f-40e4-a06d-c22d1997ecda.jpg)
Azərbaycan "Azərenerji" ASC üçün Rusiyanın "Qazprom" şirkətindən təbii qaz almağı nəzərdə tutur.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, "Azərenerji" ASC-yə Rusiya qazının nəql olunması üçün SOCAR-ın infrastrukturundan istifadə oluna bilər.
"Azərbaycanda "Azərenerji"yə əlavə həmcdə qaz lazımdır, hazırkı həcm çatmır. Buna görə də qaz idxalı nəzərdə tutulur. SOCAR bunun üçün öz infrastrukturunu təklif edə bilər", - deyə E.Nəsirov əlavə edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər