Azərbaycanda 80 000 manata mobil nömrə satılır

Azərbaycanda 80 000 manata "zerkalnı” – yəni ardıcıl, qoşa, yaxud eyni rəqəmlərin düzüldüyü mobil telefon nömrəsi satılır.
Oxu.Az xəbər verir ki, bununla bağlı elan Tap.az saytında yerləşdirilib.
Qaya Əliyev adlı istifadəçi elanda qeyd edib ki, 050-777-77-77 mobil telefon nömrəsini 80 000 manata satır. O bildirib ki, bu, son qiymətdir.
Qeyd edək ki, "zerkalnı” mobil telefon nömrələri daha yaxşı yadda qaldığına görə, belə nömrələrə maraq böyük olur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 