• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Xocalı həqiqətləri ABŞ mətbuatında

Xocalı həqiqətləri ABŞ mətbuatında
22.02.2016 11:03
Azərbaycanın Los Ancelesdəki baş konsulunun Xocalı soyqırımına dair məqaləsi ABŞ mətbuatında dərc olunub.

Bu barədə Konsulluqdan məlumat verilib.

Bildirlir ki, ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə buraxılan "Jewish Journal” qəzetinin 19.02.2016-cı il tarixli sayında Xocalı soyqırımına dair geniş məqalə dərc olunub. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən qələmə alınmış məqalə "Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən” başlığı daşıyır.

N.Ağayev məqalədə Xocalı qətliamı zamanı azərbaycanlıların məruz qaldığı vəhşiliklərdən bəhs edərək, bu soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandırır. Baş konsul, "Human Rights Watch” təşkilatının bu faciəni Ermənistan-Azərbaycan münaqişəsinin "ən böyük qətliamı” adlandırdığını bildirərək qeyd edir ki, bu gün Ermənistan prezidenti olan Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan Xocalı qətliamının törədilməsində birbaşa iştirak etmişlər.

Diplomat vurğulayır ki, Azərbaycanın apardığı ədalət mübarizəsi nəticəsində son illərdə artıq beynəlxalq aləm bu dəhşətli hadisənin öyrənilməsinə və tanınmasına böyük maraq göstərməkdədir. Bu səpkidə, baş konsul Meksikadan Sloveniyaya, Bosniya Herseqovinadan Peruya qədər müxtəlif ölkələrin, eləcə də ABŞ-ın onlarla ştatının Xocalı faciəsini qətiyyətlə pislədiklərini qeyd edir. Həmçinin, müəllif, İsrail prezidenti R.Rivlinin 2015-ci ildə BMT Baş Assambleyasındakı çıxışı zamanı Xocalı soyqırımının Holokostdan sonra dünyanın qarşısını ala bilmədiyi soyqırımlarından biri olmasını qeyd etdiyini diqqətə çatdırır.

Baş konsul, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlamasına diqqət çəkərək, bir milyona yaxın azərbaycanlının öz yurd-yuvalarından didərgin salındığını qeyd edir. Diplomat, Ermənistanın apardığı işğalçılıq nəticəsində Azərbaycana ciddi ziyan dəyməsinə baxmayaraq, ötən illər ərzində ölkəmizin inkişaf edərək, yerləşdiyi regionun ən böyük iqtisadiyyatına sahib olduğunu bildirir. Bunun müqabilində isə, Ermənistanın zəiflədiyni və xarici yardımlardan asılı duruma düşərək öz suverenliyini və müstəqilliyini faktiki olaraq itirdiyini, 1991-ci illə müqayisədə əhalisinin az qala yarısının daimi olaraq Ermənistanı tərk etdiyini vurğulayır.

N.Ağayev qeyd edir ki, Ermənistanın bu dəhşətli cinayəti hər vəchlə inkar etməsinə baxmayaraq, Azərbaycan Xocalı qurbanlarına ədalət uğrunda mübarizəsini davam etdirir. Diplomat, bu səpkidə, ABŞ Konqresinin də bu ədalət mübarizəsinə qoşulmasının, xüsusi qətnamə qəbul edərək bu qətliamı pisləməsinin vacib olduğunu bildirir.

Qeyd edək ki, "Jewish Journal” qəzeti ABŞ-da internet vasitəsi ilə ən çox oxunan yəhudi nəşridir. Qəzetin internet versiyasının aylıq 4.5 milyon oxucusu var.

Məqalə ilə bu link vasitəsilə tanış olmaq olar:


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət 21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Siyasət 19:54
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:57
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Siyasət 17:48
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Siyasət 17:37
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Siyasət 17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Siyasət 15:59
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol