• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Prezident AzTV ilə bağlı dəyişiklik etdi

Prezident AzTV ilə bağlı dəyişiklik etdi
27.02.2016 12:18
İlham Əliyev fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 23 mart tarixli 213 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 171) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilib.

Əlavədə deyilir ki, cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edillir:

Azərbaycan Respublikasının Prezidentinə:-cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi; -cəmiyyətin sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

İndiyə qədər İdarə Heyətinin müstəqil şəkildə Cəmiyyətin təsis etdiyi hüquqi şəxslərin, filialların və nümayəndəliklərin vəzifəli şəxslərini təyin etmək və onların əməkhaqqını müəyyən etmək səlahiyyəti olub.

Dəyişikliyə əsasən isə, artıq İdarə Heyəti "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə Nazirlər Kabinetinin razılığını almalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:- Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;- Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi;-Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;-Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;-Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri

Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;-Bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli həvalə olunur.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvini, törəmə cəmiyyətlərinin yaradılmasını, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidr; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət 21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Siyasət 19:54
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:57
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Siyasət 17:48
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Siyasət 17:37
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Siyasət 17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Siyasət 15:59
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol