• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın aktrisası Beynəlxalq müsabiqədə iştirak edəcək

Musiqili Teatrın aktrisası Beynəlxalq müsabiqədə iştirak edəcək
28.05.2020 23:47

Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova Beynəlxalq müsabiqədə ölkəmizi təmsil edəcək.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət may ayında Yekatirinburqda keçiriləcək SSRİ Xalq artisti Vladimir Kuroçkin adına "Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”ndən gedir. Dövlət Musiqili Teatrının aktrisası Aydan Həsənova bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin maddi dəstəyi ilə iştirak edəcək. Qeyd edək ki, müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, "Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu” Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq. Operetta və muzikl çərçivəsində "Vokal və səhnə sənəti” nominasiyasında keçiriləcək müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak edəcəklər. Müsabiqə 2016-cı il 16-21 may tarixlərində Rusiya Federasiyasının Yekatirinburq şəhərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçiriləcək. Aydan Həsənova müsabiqədə Ü. Hacıbəylinin "Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını, İ. Dunayevskinin "Azad külək” operettasından Pepitanın mahnısını və F. Leqarın "Sirkin şahzadəsi” operettasından Teadoranın ariyasını ifa edəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol