"Lester" Çempionlar Liqasında!
"Lester"in növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynayacağı rəsmiləşib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, İngiltərə Premyer Liqasının 27-ci turunun təxirə salınan "Nyukasl" - "Mançester Siti" matçında sonra baş verib. Sözügedən qarşılaşmanın 1:1 hesabı ilə başa çatmasından sonra "Lester"in bu mövsümü ən pis halda üçüncü pillədə başa vuracağı dəqiqləşib.
Bu isə o deməkdir ki, "Lester" növbəti mövsümdə ÇL-də debüt edəcək.
Qeyd edək k, "Lester" 34 turdan sonra 73 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox