Zinəddin Zidan Qaret Beylə töhmət verib
Uelsli yarımmüdafiəçi qolf oyununda 8 saat vaxt keçirib
İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Zinəddin Zidan futbolçu Qaret Beylin davranışından narazı qalıb. "Report"un "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, uelsli yarımmüdafiəçi qolf oyununda 8 saat vaxt keçirib.
O, "kral klubunun "Vilyarreal"ı 3:0 hesabı ilə məğlub etdiyi ölkə çempionatı matçını çiyin və ayaq nahiyələrindəki həddən artıq yüklənmələr üzündən buraxıb. Bu səbəbdən uzunmüddətli qolf oyunu Beylin xeyrinə olmayacaq. Artıq Zidan oyunçuya narazılığını bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox