Donald Tramp: "Əgər istəsəm seçkini satın alaram"
Doğrudan da bu, ədalətli sistem deyil
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə iddiaçı Donald Tramp ABŞ-ın İndianapolis ştatında tərəfdarları ilə görüşdə deyib.
"Mən seçkini bir neçə dəfə satın ala bilərəm. Mənə inanın. Məncə, bu seçki sistemi çox bərbaddır. Doğrudan da bu, ədalətli sistem deyil", - deyə amerikalı milyarder tərəfdarları ilə görüşündə bildirib.
Qeyd edək ki, bu il noyabrın 8-də ABŞ-da növbəti prezident seçkisi keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox