Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
Orxan Səfərov finalda fransalı Valid Xyara məğlub olub
Azərbaycan cüdoçusu Orxan Səfərov Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb. "Report"un məlumatına görə, 24 yaşlı idmançı finalda fransalı Valid Xyara məğlub olub.
O, görüşə fəal başlayıb. Əvvəlcə yuko, ardından vazari xalları alan Səfərov sonradan təşəbbüsü əldən verib. Nəticədə Xyar ipponla qələbə qazanıb.
Qeyd edək ki, bu, ilk yarış günündə Azərbaycan yığmasının yeganə medalı olub. 60 kq çəkidə Azərbaycanın digər cüdoçusu İlqar Müşkiyev 7-ci yeri tutub. Tərlan Kərimovla (66 kq) yeganə qadın cüdoçu Aişə Qurbanlı ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox