• $
  • £

"Barselona"dan rəsmi açıqlama: Neymar gedir

21.04.2016 21:55
Brazilyalı ulduz Neymar qərarını dəyişib.

"Barselona"nın brazilyalı ulduzu Neymar qərarını dəyişib. ANS PRESS-in məlumatına görə, futbolçu vətənində keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək.

Neymar 2016-cı ildə keçiriləcək Amrika Kubokunda oynaya bilməyəcək.

Neymar Braziliya millisinin heyətində Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini bildirsə də, daha sonra fikrini dəyişib.

Neymar olimpiadada millilərinə kömək edəcək. Bu barədə "Barselona"nın rəsmi saytı məlumat yayıb. "Barselona” rəhbərliyi bu turnirdə iştirak etmək üçün ona rəsmən icazə verib.

Aprelin 8-də Kataloniya klubunun və Braziliya Futbol Konfederasiyasının rəhbərləri arasında görüş olub və Neymarın olimpiadada iştirakı razılaşdırılıb. Neymar olimpiadada iştirak etsə də, 2016-cı ildə keçiriləcək Amrika Kubokunda oynaya bilməyəcək.

Bu ilin martında Braziliya yığmasının baş məşqçisi Dunqa Neymarın hər iki turnirə buraxılması haqda katalonlara müraciət yollamışdı. Ancaq "Barselona” rəsmiləri futbolçunun yalnız bu turnirlərdən birində iştirakına izn vermişdi.

Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən 1984-cü ildən etibarən Olimpiya oyunlarında çıxış edəcək hər yığmada yaşı 23-dən yuxarı 3 peşəkar futbolçunun oynamasına icazə verilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
İdman 18:06
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol