Suares rekord vurdu
"Barselona” İspaniya çempionatında növbəti dəfə rəqibini darmadağın edib. ANS PRESS-in məlumatına görə, La Liqada 35-ci turun oyunları davam edir. Çempionluğa namizəd olan komandalar rəqiblərini məğlub edib.
www.ann.az
"Real Madrid” səfərdə "Rayo Valyekano” ilə qarşılaşıb. "Kral Klubu”nun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo zədə səbəbindən komandasına kömək edə bilməyib. Zidanın komandası matçda əvvəl 2 top fərqi ilə məğlub olurdu. Lakin "Real” "oyunda dönüş” edərək qalib gəlib.
"Kral Klubu”nun qələbə topunu Qaret Beyl vurub. "Barselona" isə Çempionlar Liqasında məğlub olmasının acısını yaşayır. Katalonlar İspaniya çempionatında 2 oyun ardıcıl qol buraxmadan 14 top vurub. "Barsa” əvvəl "Deportivo”nu (8:0) daha sonra"Sportinq”i (6:0) darmadağın edib. Luis Suares isə ardıcıl olaraq 2 oyunda poker edərək La Liqada rekord vurub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox