• $
  • £

Felipe Melo: "Futbolçu olmasaydım, qatil olardım"

Felipe Melo:
26.04.2016 19:54
Braziliyalı futbolçu bunu böyüdüyü məhəllədəki vəziyyətlə əlaqələndirib

İtaliyanın "İnter" klubunda çıxış edən Felipe Melo həyatı ilə bağlı maraqlı açıqlama verib. "Report"un məlumatına görə, 33 yaşlı Melo futbolçu olmayacağı təqdirdə qatil ola biləcəyini deyib.

Yarımmüdafiəçi bunu Braziliyada böyüdüyü Favela məhəlləsindəki vəziyyətlə əlaqələndirib: "Hər halda futbolçu olmasaydım, qatil olardım. Çünki Braziliyanın ən təhlükəli məhəlləsində böyümüşəm. Ortalıq silah və narkotiklə dolu idi. İşləmək və xəyallarımı gerçəkləşdirmək üçün o həyatı tərk etdim. Bəzən məşqdən qayıdandan sonra oradakı hansısa dostumun öldüyünü eşidirəm. Gözəl olmayan bir həyatdan çıxmaq üçün futbola "hə" dedim".

Qeyd edək ki, peşəkar futbolçu karyerasına 18 yaşında Braziliyanın "Flamenqo" klubunda başlayan Melo karyerası ərzində vətənində "Kruzeyro", "Qremio", İspaniyada "Malyorka", "Rasinq", "Almeriya", İtaliyada "Fiorentina", "Yuventus", Türkiyədə "Qalatasaray" klublarının formasını geyinib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
İdman 18:06
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol